Rusiyada ölüm hökmü bərpa olunmayacaq

Baş səhifə

Rusiyada ölüm hökmünün bərpa olunması mümkün deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş prokuror İqor Krasnov bildirib.

O, bu məsələdə dövlətin mövqeyinin qəti olduğunu qeyd edib: “Ölüm hökmünün Rusiyaya qaytarılması mümkün deyil. Dövlətin bununla bağlı mövqeyi qətidir”.