Həsrət Cəfərov: “Yarışlarda bir səhv bağışlanmır”

Baş səhifə
Həsrət Cəfərov: Yarışlarda bir səhv bağışlanmır

“Səhvlər üzərində işləmək lazımıdır”.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışda yunan-Roma güləşi üzrə dünya ikincisi olan Həsrət Cəfərov deyib.

Xorvatiyadakı dünya çempionatında yüksək nəticə göstərə bilmədiyi üçün təəssüflənən idmançı deyib: “Səhvlər bitmir, onlarin üzərində mütəmadi işləmək lazımdır. Gərək Avropa və Dünya çempionatında uğur əldə etmək üçün bütün xırdalıqları işləyəsən, səhvsiz olasan. Çünki bu cür yarışlarda bir səhv bağışlanmır”, – deyə o əlavə edib.