
Bakı. Trend:
Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəng
potensiala malikdir.
Trend xəbər verir
ki, bunu SOCAR vitse-prezidenti Əfqan İsayev I Azərbaycan
Beynəlxalq İnvestisiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda quruda külək və günəş
energetikasının potensialının inkişafı istiqamətində fəal işlər
aparılır. Lakin burada hələ də investisiyalar və yeni layihələr
üçün çoxsaylı imkanlar mövcuddur. Ölkənin strateji coğrafi mövqeyi
isə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya “yaşıl” enerjinin
ötürülməsi üçün körpü rolunu oynamağa şərait yaradacaq.
“Quruda külək energetikası inkişaf edir, günəş də eləcə. Amma
offşor hələ də mənimsənilməyib və məhz burada böyük potensial
gizlənir. Xəzərin ərazi suları təqribən 157 qiqavat həcmində
qiymətləndirilən imkanlar açır”, – deyə o vurğulayıb.
A.İsayev həmçinin qeyd edib ki, ölkədə geotermal enerjinin hələ
ki mənimsənilməməsinə baxmayaraq onun inkişafı üçün də əhəmiyyətli
potensial mövcuddur.

