Bakı. Trend:
Fırtına səbəbindən Avstraliyada təxminən 90 min ev işıqsız
qalıb. Elektrik kəsilməsi xüsusilə Viktoriya və Kvinslend
ştatlarına təsir edib.
Trend-in
məlumatına görə, bu barədə “The Australian” məlumat yayıb.
Qeyd olunub ki, Kvinslenddə 67 mindən çox ev axşam saat 19:00-a
(Bakı vaxtı ilə 14:00) qaranlığa qərq olub. Ştatın digər
şəhərlərinin də qasırğadan təsirlənəcəyi ehtimal edilir.
“ABC” telekanalının məlumatına görə, Viktoriya ştatında elektrik
enerjisinin kəsilməsi 25 mindən çox evə təsir edib. Ən çox zərər
ştatın paytaxtı Melburn və qərb bölgəsində qeydə alınıb.
Avstraliya Meteorologiya Bürosunun baş sinoptikçisi Miriam
Bredberinin sözlərinə görə, güclü yağış daşqınlara səbəb ola bilər.
O əlavə edib ki, mövcud hava şəraiti gələn həftə ərzində də davam
edə bilər.

