Bəzi ərazilərdə qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın
verilişində fasilə yaranacaq.

Bu barədə Trend
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyindən məlumat verilib.




Bildirilir ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin “Hacı
Seyfəl” orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın
24-də saat 10:00-dan işlər başa çatanadək adı çəkilən qaz kəmərində
qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa
qəsəbəsinin bir hissəsinə, Ləhic bağları və Maştağa-Nardaran
massivi adlanan ərazilərə təbii qazın verilişində fasilə
yaranacaq.