İranda 4,8 maqnitudalı zəlzələ baş verib.

Hadisə

Resmixeber.az,“Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Bildirilib ki, yeraltı təkanlar İsfahan vilayətində qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.