İrlandiyanın baş naziri istefa verib

Dünya

Leo Erik Varadkar İrlandiyanın baş naziri və mərkəzçi mühafizəkar Fine gel Partiyası sədri vəzifələrindən istefa verib.

“2017-ci ilin iyununda partiya sədri və baş nazir olanda bilirdim ki, liderlik xüsusiyyətlərindən biri də hakimiyyəti başqasına təhvil verməli olduğum anı dərk etmək, buna cəsarətimin çatması bacarığıdır”, – deyə Leo Varadkar xalqa müraciəti zamanı vurğulayıb.

İrlandiyalı politoloqların fikrincə, bu qərar tamamilə gözlənilməz olub. Hökumət başçısının qərarı ilə bağlı mətbuata əvvəlcədən heç bir məlumat sızmayıb.

Qeyd edək ki, Leo Erik Varadkar 1979-cu il yanvarın 18-də İrlandiyanın Dublin şəhərində anadan olub. 2017-ci il iyunun 14-dən baş nazir seçilib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir