Aktrisa Şeron Stoun məşhurluqdan gileylənib

Mədəniyyət


65 yaşlı ABŞ-li aktrisa Şeron Stoun məşhurluğun mənfi tərəflərindən danışıb.

“Axşam yeməyinə gedirsən və masanın ətrafında 15 nəfər olur və hesabı kim ödəyir sizcə? Hər dəfə üç min dollarlıq hesab ödəməli oluram”, – deyə aktrisa bildirib.

O qeyd edib ki, insanlar indi anlamağa başlayıblar ki, Hollivud ulduzları öz təhlükəsizliklərini təmin etmək üçün çox pul xərcləməli olurlar.

“İndi çox adam heç olmasa başa düşür ki, Cennifer Lourens, Nikol Kidman, Şeron Stoun hamı ilə bir təyyarədə uça bilməz”, – deyə o əlavə edib.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir