40 saylı seçki məntəqəsinin sədri: “1460 məhkum səs verəcək”

Siyasət


Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Oxu.Az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasının məhbusları da səs verirlər.

Cəzaçəkmə müəssisində məhbuslar Sabunçu rayon 29 saylı seçki dairəsinin üç seçki məntəqəsi – 38, 39, 40 saylı seçki məntəqələri üzrə səs veriblər.

40 saylı seçki məntəqəsinin sədri Sahib Məmmədov bildirib ki, 1460 məhkum səs verəcək. Səsvermə prosesi başlayandan indiyədək 170 məhkum səs verib.

Könül Cəfərli

www.RESMIXEBER.az