Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb

Kriminal


Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28 800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir