Füzuli sakini: “Bu gün ailəmlə, övladlarımla atamın, anamın arzusunu həyata keçirirəm”

HƏRBİ


“Bu gün hamımız çox sevinirik. 30 illik həsrətimizin bitdiyi nöqtədəyik”.

Bunu resmixeber.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Fariz Ələkbər oğlu Məmmədov deyib.

O bildirib ki, ən böyük arzusu doğma yurda qayıtmaq olub:

“Bu gün ən böyük arzumuzun həyata keçdiyi gündür. Doğma yurdumuza qayıdırıq. Təəssüratımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Allah bu günləri bizə yaşadan müzəffər Ali Baş Komandanımıza cansağlığı versin, Ordumuza qüvvət versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Füzulidən atamla, anamla çıxmışdım. Amma onların hər ikisini itirmişəm. Onların da ən böyük arzusu Füzuliyə qayıtmaq idi. Bu gün ailəmlə, övladlarımla atamın, anamın arzusunu həyata keçirirəm.

Usta kimi çalışıram, doğma yurdumda da işsiz qalmaram”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 30 ailə, 127 nəfər öz doğma yurduna qayıdır. Bununla da ümumilikdə 410 ailənin (1 519 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir