Vəkillər Kollegiyasının sədri: “Hazırda vəkillərin sayı 2 431 nəfərdir”

Cəmiyyət


“2018-ci ildən Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4 594 namizəddən 1 401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib”.

resmixeber.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil günü” peşə bayramı ilə bağlı təntənəli mərasimdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2 431 nəfərə çatıb.

Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var. 

Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir