Bakıda piyada ölümü ilə nəticələnən qəza olub

Cəmiyyət


Noyabrın 20-də saat bir radələrində Bakıda piyada ölümü ilə nəticələnən avtomobil qəzası olub.

“resmixeber.az” xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, E.Qəmbərov küçəsi, 2 ünvanında Elşad Vəli oğlu İsmayılov idarə etdiyi “Nissan Tiida” markalı, 90-TT-762 dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyada – 1963-cü il təvəllüdlü, Suraxanı rayonunun Bülbülə qəsəbəsi, Oktyabr küçəsi, ev 7, mənzil 4-də yaşamış Baxşeiş Saruxan oğlu Hüseyni vurub.

Nəticədə piyada aldığı xəsarətdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq müstəntiq Nicat Naibov tərəfindən istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir