Argentinada prezidentliyə namizədin övladları ölümlə hədələnir

Dünya


Argentina prezidentliyinə namizəd Serxio Massanın uşaqları ölümlə hədələnib.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır və artıq beş nəfər saxlanılıb.

Massanın həyat yoldaşı Malena Qalmarini bildirib ki, bir müddət əvvəl başqa bir prezidentliyə namizəd olan Xavyer Maylinin tərəfdarları onun ailə üzvlərinin şəxsi məlumatlarını, o cümlədən azyaşlı övladları Tomas və Milaqrosun telefon nömrələrini dərc ediblər. Bundan sonra uşaqlara hədə mesajları gəlməyə başlayıb.

Federal hakim Mariya Servini qadın və onun uşaqlarının daimi müdafiəsi barədə qərar verib.

Mənbə: news.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir