Ağdaşda bələdiyyə sədri cəzalandırılıb – FOTO

Cəmiyyət


Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

Tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir