Sumqayıtda 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb

Cəmiyyət


Sumqayıt şəhərində 31 yaşlı şəxs qardaşlar tərəfindən bıçaqlanıb.

“resmixeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Elməddin Şiralı oğlu Ağayev aralarında baş vermiş münaqişə zəminində Yardımlı rayon sakinləri, 1993-cü il təvəllüdlü Xəyyam Qılman oğlu Rəsulov və 1998-ci il təvəllüdlü İsrail Qılman oğlu Rəsulov tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir