Salyanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Cəmiyyət


Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

“resmixeber.az”un Aran bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində – Akkuşa çayının yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Kənan Namiq oğlu Aslanzadə, Salyan rayon sakinləri – 2002-ci il təvəllüdlü Aydın Əmrah oğlu Sadıqov, 1990-cı il təvəllüdlü İsmayıl Rasim oğlu Qayıbov və 1981-ci il təvəllüdlü Alim Ağabala oğlu Novruzov müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir