Sumqayıtda evdə partlayış olub, xəsarət alanlar var.
“resmixeber.az”un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonu, bina 27, mənzil 54-də qeydə alınıb.
Partlayış ikiotaqlı evin 20 kvadratmetrlik zalında baş verib.
Xəsarət alanlar həmin mənzildə yaşayan Vitali Valeriyeviç və Səbinə Əliyevadır.
Partlayışın səbəbləri araşdırılır.
www.RESMIXEBER.az