Nərimanov rayonunda motosikletçini avtomobil vurub

Cəmiyyət


Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü Orxan Sücəddin oğlu Hüseynov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az