Azərbaycanın Türkmənistandakı səfiri vəzifəsindən geri çağırılıb, yerinə təyinat olub

Siyasət


Həsən Sultan oğlu Zeynalov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

President.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla Qismət Füzuli oğlu Gözəlov Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

www.RESMIXEBER.az