29 kiloqram narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb – FOTO

Kriminal


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kiloqram 430 qram marixuana, 2 kiloqram 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kiloqram 760 qram marixuana, 7 kiloqram 870 qram heroin, 1 kiloqram 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir