100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ!

Baş səhifə

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Tamstore”,
xalqımızın inamı və dəstəyi ilə böyüməyə devam edir. Marketlər
şəbəkəsi 25 avqust tarixində yubiley 100-cü mağazasının təntənəli
açılışını reallaşdıracaq.

Tamstore bu xüsusi günü müştərilərə daha yaddaqalan etmək üçün
şəbəkənin bütün filiallarında “100-cü mağazaya
özəl: 100 məhsulda 2-cisi PULSUZ” kampaniyasına start verəcək.

25-26 avqust tarixlərində keçərli olacaq kampaniya çərçivəsində
alıcılar ən çox tələb olunan 100 seçilmiş məhsuldan birini aldıqda,
ikincisini tamamilə pulsuz əldə edəcəklər.

Kampaniyada seçilmiş ət məhsulları, süd və süd məhuslları, kərə
yağı, düyü, makaron, şirniyyatlar, duru yağlar, gigyenik və
təmizlik məhsulları, şəxsi baxım və kiçik ev əşyaları müştərilərə
hədiyyəli təqdim ediləcək. Eyni zamanda 24-30 avqust tarixlərində
dana əti və quzu ətində də “Ət Festivalı” çərçivəsində möhtəşəm
endirimlər təqdim ediləcək.




Qeyd edək ki, Tamstore 2023-cü ildən fəaliyyət göstərir. Bakı və
Sumqayıtla yanaşı Gəncə, Naxçıvan, Xankəndi, Bərdə, Qazax, Ağstafa,
Şəmkir, Ağcabədi, Ağdaş, Beyləqan, Masallı, Cəlilabad, Mingəçevir,
Salyan, Hacıqabul, Şamaxı, Şəki və Zaqatalada Tamstore filialları
müştərilərin xidmətindədir.

*Məhsullar məhdud saydadır. https://www.youtube.com/watch?v=V6I-diLa5LU