
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun
Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər respublikanın
müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati
binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə – 61 nəfər, Daşbulaq
kəndinə isə 8 ailə – 24 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

