Bakı.Trend:
Xırdalanda fərdi yaşayış evində kişi meyiti aşkarlanıb.
Trend-in
məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi
6-cı küçə, ev 119 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Hümbət
Hüseynovun meyiti 17.11.2025-ci il tarixdə axşam 20 radələrində
onunla qonşuluqda yaşayan oğlu tərəfindən aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma
aparılır.

