XİN: Ukraynada Azərbaycana aid strukturlara Rusiyanın raket hücumları bunların məqsədli olması barədə suallar yaradır

Baş səhifə
XİN: Ukraynada Azərbaycana aid strukturlara Rusiyanın raket hücumlarının məqsədli olması barədə suallar yaranır

Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinə və Azərbaycana aid olan strukturlara Rusiyanın raket hücumu nəticəsində bir neçə dəfə ziyan dəyməsi faktları raket hücumlarının məqsədli olması barədə suallar yaradır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

MƏLUMAT YENİLƏNİR