Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat – 100-dən çox saxlanılan var

Baş səhifə

Bakı.Trend:

Türkiyədə hüquq mühafizə orqanları ölkənin 35 vilayətində
qanunsuz mərc oyunlarına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Əməliyyat internet üzərindən qanunsuz mərc oyunları saytları və
tətbiqlərinə hədəflənib. Süni intellekt dəstəkli proqramlardan
istifadə edilməklə qanunsuz mərc və qumar fəaliyyəti ilə məşğul
olduğu müəyyən edilən 5 min sayta giriş məhdudlaşdırılıb.




Həmçinin həmin sayt və tətbiqlərin yaradılması və fəaliyyəti ilə
əlaqədar 35 vilayətdə aparılan əməliyyatlar zamanı 108 nəfər
şübhəli şəxs qismində saxlanılıb.

Reyd keçirilən ünvanlarda aparılan axtarışlarda cinayətdə
istifadə edilən çoxsaylı rəqəmsal materiallar götürülüb.