Türkiyə avqustun 8-də Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xeyirli addım kimi görür və davamının gəlməsini arzulayır.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
O əlavə edib ki, Türkiyə bölgənin təhlükəsizlik və sabitliyinə töhfə verə biləcəyinin fərqindədir:
“Xəzər keçidli Orta Dəhlizi daha da məhsuldar haka gətirməliyik”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

