
Bakı. Trend:
Ukrayna şənbə günündən bazar ertəsi gününə qədər Moskvaya hava
hücumlarından çəkinməyə hazırdır. Kiyev Rusiyanın da eyni şəkildə
Ukrayna paytaxtına zərbə endirməməsini gözləyir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciəti zamanı
deyib.
Prezidentin sözlərinə görə, o, artıq Rusiya tərəfi ilə işləməyə
başlayan ABŞ Prezidentinin nümayəndələri ilə danışıb.
“Həmin söhbətdən bəri hər iki tərəf danışıqlar prosesində
iştirak edən şəhərlərə qarşı hava hücumlarında atəşkəsə riayət
etməyə hazırdır. Ukraynanın diplomatik səyləri eyni dərəcədə güclü
və effektiv olacaq. Kiyevdə sabah üçün Amerika komandasının
iştirakı ilə diplomatik fəaliyyət planı artıq təsdiqlənib. Biz Stiv
Uitkov və Cared Kuşneri gözləyirik və əsaslı müzakirəyə hazırıq”, –
deyə Prezident əlavə edib.

