Tovuzda 29 yaşlı qadın qətlə yetirildi

Baş səhifə

Tovuz rayonunda 29 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.

Metbuat.az Report-a istinadən xəbər verir ki Tovuz rayonu Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səbuhi Hazıcadədir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində törədilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.