Donald Tramp Putin və Zelenskinin görüşməli olduğunu düşünür

Baş səhifə

Bakı. Trend:

ABŞ administrasiyasının rəhbəri Donald Tramp hesab edir ki,
Ukrayna böhranının nizamlanması üçün Rusiya Prezidenti Vladimir
Putinlə Vladimir Zelenski arasında görüş keçirilməsi zəruridir.
Tramp bu mövqeyini oktyabrın 12-də Ohayo ştatına yola düşməzdən
əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı
ifadə edib.

“Bildiyim yeganə şey budur ki, bu mənasız müharibəyə son qoymaq
üçün Zelenski və Putin görüşməlidirlər”, – deyə Tramp Ukraynada
nizamlanma perspektivləri ilə bağlı suala cavabında bildirib.




“Düşünürəm ki, onlar [hər iki tərəf] razılaşma əldə etmək
istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər. Amma biz
onların razılaşma əldə etməsinə nail olacağıq”, – deyə Tramp əlavə
edib.

Sentyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov jurnalistlərə bildirib ki, Zelenski Rusiya rəhbərliyi ilə
təmas qurmaq istəyirsə, Moskvaya gələ bilər və ona təhlükəsizlik
zəmanətləri veriləcək.