Suriyada hərbçiləri daşıyan avtobus partladılıb, 4 nəfər ölüb

Baş səhifə

Suriyanın Deyr əz-Zur vilayətində hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 4 hərbçi ölüb, 9 nəfər yaralanıb.

APA “Syria TV”ə istinadən xəbər verir ki, zərərçəkmiş hərbçilər neft təsisatlarının mühafizəsindən məsul olublar.

Hücumun necə baş verməsi barədə detallar araşdırılır.