BMT-nin Baş katibi Trampla görüşəcək

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreşin ABŞ Prezidenti Donald
Trampla BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli
həftəsi çərçivəsində görüşü hələlik rəsmi olaraq planlaşdırılmayıb.
Bununla belə, görüşün baş tutacağına şübhə yoxdur.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik
keçirdiyi brifinqdə bildirib.




O, müvafiq suala cavab olaraq deyib: “Şübhə etmirəm ki, o, bunu
edəcək. Çünki Baş katib həmişə ev sahibi ölkənin prezidenti ilə
görüşür. Adətən bu görüş BMT Baş Assambleyasının ümumi
müzakirələrinin ilk günü keçirilir”.

BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələri
sentyabrın 22-26-da və 28-də keçiriləcək.