
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Venesuelada seçkilərin keçirilməsini
istədiklərini, lakin ölkənin hələlik buna hazır olmadığını
bildirib.
Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
ABŞ lideri Venesuelada seçkilərin keçirilməsi üçün konkret tarix
tələb etməmələrinin səbəbi ilə bağlı suala cavabında “Düşünürəm ki,
onlar hələ hazır deyillər”, – deyə bildirib.
“Biz bunu istəyirik, onlar bunu istəyirlər, Venesuelanın
səlahiyyətli Prezidenti Del¬si Rodriqes də bunu istəyir. Lakin
onlar hələ hazır deyillər”, – deyə Tramp əlavə edib.

