
Bakı. Trend:
Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də
keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.
Oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı
UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış
əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki
və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində
qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.
Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.
Qeyd olunub ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun
qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil və milli
komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif
şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib
istiqamətlərdən biri olaraq qalacaq.

