
Bakı. Trend:
Sentyabrın 2-də Milli Məclisin sədri Sahibə Qafarovanın
başçılığı ilə parlament nümayəndə heyəti İsveçrə Konfederasiyasına
işgüzar səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cenevrə beynəlxalq hava limanında nümayəndə
heyətini Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və
digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən
Sadıqbəyli və digər rəsmi şəxslər qarşılayıblar.

