
Bakı. Trend:
Riçarlison “Trabzonspor”la müqavilənin şəxsi şərtlərini
razılaşdırıb.
Fabritsio Romanonun məlumatına görə, Türkiyə klubuna keçəcəyi
təqdirdə hücumçu “Tottenhem”də qazandığından 3 dəfə çox maaş
alacaq.
Bildirilir ki, “Tottenhem” artıq “Trabzonspor”un 15 və 20 milyon
funt-sterlinq məbləğində etdiyi iki təklifi rədd edib. Türkiyə
klubu yaxın zamanda daha bir təklif göndərəcək.
Xatırladaq ki, daha əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq
futbolçuları Məhəmməd Salah və Fabinyo keçiblər.
Riçarlison ötən mövsüm APL-də 29 oyunda 11 qol vurub və 4
məhsuldar ötürmə edib.

