
Bakı. Trend:
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrail və Livan
səfirləri arasında danışıqlarda iştirak edəcək.
Trend xəbər verir ki, bu
barədə Dövlət Departamenti rəsmisi açıqlama verib.
“Müzakirələr İsrailin şimal sərhədinin uzunmüddətli
təhlükəsizliyinin təmin edilməsi və Livan hökumətinin öz ərazisi və
siyasi həyatı üzərində tam suverenliyi bərpa etmək əzmini
dəstəkləmək istiqamətində olacaq. İsrail Livanla deyil,
“Hizbullah”la müharibə vəziyyətindədir, ona görə də iki qonşunun
danışmaması üçün heç bir səbəb yoxdur”,- deyə açıqlamada qeyd
olunur.

