Leysan olacaq, çaylardan sel keçəcək – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq
30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı
gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ayrı-ayrı
yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, 29-u gecə saatlarında yüksək dağlıq
ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.




Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda
sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda
Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və
sel keçəcəyi ehtimal olunur.