
Bakı. Trend:
A Seriyası 2026-cı ildə İtaliya Superkubokunun keçirilməsində
dəyişiklikləri təsdiqləyib.
Superkubok yenidən ölkə çempionu və kubokun sahibi arasında bir
matç formatında oynanılacaq.
Matç dekabrın 22-də Milandakı “San-Siro” stadionunda baş
tutacaq. Superkubok uğrunda İtaliya çempionu olan “İnter” və
kubokun sahibi “Latsio” mübarizə aparacaqlar.
Beləliklə, turnir 2021-ci ildən bəri ilk dəfə İtaliyaya
qayıdacaq. Son dörd il ərzində həlledici matç Səudiyyə
Ərəbistanında keçirilirdi.
2023–2025-ci illərdə Superkubok dörd komandanın iştirakı ilə
oynadılırdı. Turnirdə A Seriyasının çempionu və vitse-çempionu,
eləcə də kubokun sahibi və finalçısı çıxış edirdilər.

