
Bakı. Trend:
Azərbaycan ilə “Global Infrastructure Partners” (GIP) şirkəti
arasında əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya
imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə
olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, İkinci
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat
naziri Mikayıl Cabbarov “Global Infrastructure Partners” şirkətinin
təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi
ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Global Infrastructure Partners” arasında
əməkdaşlığın inkişaf perspektivləri, ölkəmizin investisiya
imkanları və regional layihələrdə iştirak məsələləri müzakirə
olunub.
Müzakirələr zamanı Orta Dəhlizin inkişafı, rəqəmsal
transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar
barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın əlverişli coğrafi
mövqeyi, nəqliyyat-logistika infrastrukturu və artan rəqəmsal
imkanlarının beynəlxalq investisiyalar üçün yaratdığı perspektivlər
diqqətə çatdırılıb.
Logistika, ənənəvi və bərpa olunan enerji, rəqəmsal
infrastruktur və data mərkəzləri istiqamətində birgə investisiya
imkanları nəzərdən keçirilib. Bu sahələrdə uzunmüddətli və
qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi, həmçinin
regional əhəmiyyətli investisiya layihələrinin həyata keçirilməsi
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər yenilənəcək

