
Bakı. Trend:
Artıq 10 ildir ki, ölkəmiz dünyanın ən nüfuzlu yarışlarından
biri olan Formula 1 Dünya Çempionatının mərhələsinə uğurla ev
sahibliyi edir. Bu möhtəşəm turnir hər il olduğu kimi, bu il də həm
xarici qonaqlarımızın, həm də yerli vətəndaşlarımızın böyük
marağına səbəb olub. Bakı artıq avtoidman həvəskarlarının
səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar
Ələkbərov deyib.
Anar Ələkbərov bildirib ki, şəhərin yarış coşqusu və
ab-havasısözün əsl mənasında inanılmazdır.
“İstər dünyanın dörd bir yanından gələn xarici qonaqlar, istərsə
də yerli azarkeşlər bu bənzərsiz atmosferdən böyük zövq və ilham
alırl. İnsanların gözlərindəki o səmimi həyəcanı görmək və yüksək
səviyyəli təşkilatçılıqdan duyulan bu böyük məmnuniyyətə şahid
olmaq həqiqətən qürurvericidir.
Ölkəmizdə belə mötəbər yarışların keçirilməsinə yaratdığı geniş
şəraitə və göstərdiyi daimi dəstəyə görə cənab Prezidentə dərin
təşəkkürümüzü bildiririk. İnanıram ki, bu sürət və bayram
əhval-ruhiyyəsi hər kəs üçün unudulmaz olacaq”, – Azərbaycan
Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qeyd edib.

