Qaluzin: Ukraynada seçki olacağı təqdirdə səsvermə günü Rusiya hücum etməyəcək

Baş səhifə

Kiyev seçkiləri keçirmək qərarına gələrsə, Rusiya Ukraynada səsvermə günü heç bir hücumun baş verməməsini təmin etməyə hazırdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Nazir müavini deyib ki, Rusiya Prezidenti Vladimir Putinin bu barədə bəyanatı aktuallığını qoruyub saxlayır.