Prezident İlham Əliyev: Resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib

Baş səhifə

Davos. Trend:

Uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru
olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa
və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib.

Trend xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi
Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə
səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarının cavabında deyib.

Bu gün enerji layihələrinin böyük hissəsinin artıq
tamamlandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz
fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim
edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq
qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir”.