“PAŞA Sığorta” səyahət sığortasını Birbank-da 30% endirimlə təqdim edir

Baş səhifə

Bakı. Trend:

“PAŞA Sığorta” Birbank mobil tətbiqi istifadəçiləri üçün yeni
kampaniyaya start verib. Kampaniya çərçivəsində Birbank müştəriləri
səyahət sığortasını mobil tətbiq vasitəsilə əldə etdikdə yekun
sığorta haqqına 30% endirim qazanırlar. Sığortanı almaq üçün ofisə
getməyə ehtiyac yoxdur. Bir neçə dəqiqə ərzində müraciəti
tamamlayaraq sığorta polisini Birbank mobil tətbiqi üzərindən onlayn
əldə etmək mümkündür. Kampaniya xaricə getməyi planlaşdıranlar üçün
həm rahat, həm də sərfəli seçim imkanı yaradır.