37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb – DMX

Baş səhifə

Bakı. Trend:

Dünən 37 nəfər Almaniyadan Azərbaycana qaytarılıb.

Bu barədə Dövlət Miqrasiya Xidməti rəsmi saytında məlumat
yayıb.




Məlumata görə, 11 avqust 2026-cı il tarixində Azərbaycan
Respublikası vətəndaşı olan 37 nəfər “Azərbaycan Respublikası ilə
Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası
haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasından
geri qəbul edilib.

Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti
əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən
ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan
Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin
operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir.