
Bakı. Trend:
2026-cı ilin avqust ayının 1-nə Azərbaycanda uçotda olan
1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi
hüquqi şəxslər və digər təşkilatlar olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
məlumat yayıb.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin
sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı
211.595 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,7 faiz
çoxdur.
2026-cı ilin iyul ayında 1.257 kommersiya qurumu dövlət
qeydiyyatından keçib. Onların 86,1 faizi yerli investisiyalı, 13,9
faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya
qurumlarının 82,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı
ilin yanvar – iyul aylarında qeydiyyatdan keçmiş yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının
xüsusi çəkisi 97,1 faiz təşkil edib.
2026-cı ilin avqust ayının 1-nə dövlət qeydiyyatında olan
kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət
formasında yaradılıb.

