Paşinyan: Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir

Baş səhifə

“İrəvanla Moskva arasında münasibətlər transformasiya mərhələsindən keçir”.

APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, dəyişikliklər ilk növbədə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması ilə bağlıdır.

“Rusiya ilə münasibətlərimiz transformasiya mərhələsindədir və bu, təbii prosesdir. Əvvəlki dövr ərzində Ermənistan və Rusiya arasındakı münasibətlərə təsir edən ən mühüm amil Ermənistan-Azərbaycan münaqişəsi olub. İndi Azərbaycanla sülh əldə etdiyimiz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər də təbii olaraq dəyişəcək. Bizim istəyimiz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsidir”, – Paşinyan deyib.