Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə və iqlim çağırışlarına həsr olunmuş sərgi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Paris Sülh Forumu çərçivəsində Azərbaycanın təbiətinə, ölkəmizin
zəngin biomüxtəlifliyinə, eləcə də iqlim dəyişikliyinin ətraf
mühitə və xüsusilə Xəzər dənizinə olan təsirlərinə həsr olunmuş
foto sərgi nümayiş etdirilib.

Trend xəbər verir ki, sərgi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi,
COP29 Prezidentliyi və Azərbaycanın Fransadakı Səfirliyinin birgə
əməkdaşlığı çərçivəsində təşkil olunub.




Tədbir iştirakçıları, o cümlədən beynəlxalq nümayəndə heyətləri
sərgi ilə yaxından tanış olublar. COP29 Prezidenti və Azərbaycanın
iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək
ölkəmizin yaşıl inkişaf strategiyası, ekoloji bərpa və iqlim
diplomatiyası istiqamətində həyata keçirilən təşəbbüslər barədə
məlumat verib.