Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan
Televiziyasına müsahibəsində bildirib.

Prezident kimi Naxçıvana 17 dəfə səfər etdiyini deyən
dövlətimizin başçısı vurğulayıb: “Hər səfərimin də böyük mənası və
gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr
icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi”.