Nigerin paytaxtında atışma və partlayışlar baş verib

Baş səhifə

Bakı. Trend:

Şənbə günü Nigerin paytaxtı Niamey şəhərinin bir neçə rayonunda
partlayış və uzunmüddətli atəş səsləri eşidilib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Hadisənin səbəbi və dəqiq təfərrüatları hələlik məlum deyil.




Agentliyin təhlükəsizlik xidmətlərindəki mənbəsinin məlumatına
görə, bir qrup silahlı şəxs paytaxtın beynəlxalq hava limanına
hücum edib və prezident sarayının ətrafındakı təhlükəsizlik
perimetrini yarmağa cəhd göstəriblər.

Məlumata görə, prezident sarayının ətrafında atışma intensiv və
fasiləsiz olub. İnternetdə hava limanının yaxınlığında
yerləşdirilmiş zirehli texnikanın göründüyü videolar yayılıb.
Ölkənin ən böyük hava qüvvələri bazası hava limanının ərazisində
yerləşir.